Azedu.az

Orta məktəbdə qeyri-adi metodika -  on dəqiqədən bir oyun oynayırlar

Orta təhsil

27 Aprel 2018, 17:39
Orta məktəbdə qeyri-adi metodika -  on dəqiqədən bir oyun oynayırlar

Türkiyənin Samsun vilayətindəki bir məktəbdə tətbiq edilən  metodikaya uyğun olaraq aşağı sinif şairdlərinə dərsi xüsusi oyunlar vasitəsilə keçirilir. Onlar dəqiqə dərslə məşğul olub, 10 dəqiqə zəka oyunları oynayırlar.

AzEdu.az xarici mediaya istinadən məlumat verir ki, Samsun təhsil qurumundan  bu metodun daha da yayılması ilə bağlı təklif gəlib.

Təhsil Nazirliyi tərəfindən Samsunun beş məktəbində sınaqdan keçirilən metodikanın əsas məqsədi uşaqlara elmin əyləncəli formada çatdırılmasıdır. 10 dəqiqə dərs oxuduqdan sonra şagirdlər müəyyənləşdirilmiş 28 oyundan birini oynayırlar.

Bu üsul vasitəsilə uşaqların qavrama qabiliyyəti yaxşılaşır, proqramı daha asan mənimsəyirlər. Rəhbərlik metodikada istifadə olunan oyunların zəka gücləndirici olduğunu bildirib. Həmçinin bu üsulun  şagirdlərin sıraya düzülüb müəllimi dinləməli olduğu klassik metoddan daha effektiv olduğu qeyd olunub.

 

.

 

 

Rusiyada ŞOK OLAYLAR - İnsanları döyə-döyə müharibəyə göndərirlər
SORĞU
İxtisas seçimində ilk sıraya hansı universiteti yazmısınız?
Səs ver
Son xəbərlərDaha çox