https://www.zirve.edu.az/
22.04.2019 16:03
Builki qəbul imtahanlarının nəticələri nə vaxt açıqlanacaq? – Bəlli tarixlər -RƏSMİ  
Çap et

Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə əlaqədar ərizələrin qəbulu aprelin 16-sı başa çatıb.

Ümumilikdə 80 mindən çox abituriyent ərizəsini təsdiqləyib.

Məlum olduğu kimi XI sinif şagirdləri üçün keçirilən buraxılış imtahanlarında, yəni qəbul imtahanlarının I mərhələsində istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yay qəbul imtahanları keçirilənədək elan olunması nəzərdə tutulub.

Bəs ixtisas blokları üzrə təşkil olunacaq qəbul imtahanlarının nəticələri nə vaxt açıqlanacaq?

DİM-dən AzEdu.az-a verilən məlumata görə, ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının nəticələrinin imtahandan sonra 2 həftə ərzində elan olunması nəzərdə tutulub.

Qeyd edək ki, I və IV ixtisas qrupları üzrə yaz qəbul imtahanları 12 may,II və III ixtisas qrupları üzrə 19 mayda baş tutacaq.

I və IV ixtisas qrupları üzrə yay qəbul imtahanları 23 iyun, II və III ixtisas qrupları üzrə isə 7 iyul tarixlərində keçiriləcək.

2019-cu ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul modelinə uyğun olaraq hər blokda 3 imtahan fənnin olması nəzərdə tutulub.

I blok – Riyaziyyat, Fizika, Kimya;

II blok-Riyaziyyat, Coğrafiya, Tarix;

III blok – Azərbaycan(rus) dili, Tarix, Ədəbiyyat;

IV blok – Biologiya, Kimya, Fizika.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları