Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-27 16:32:20
Dünyada cəmi 1 şagirdin oxuduğu məktəb, müəllimlərin ən çox istefa verdiyi ölkə - Maraqlı təhsil bilgiləri  

Dünyanın müxtəlif ölkələrinin təhsil sistemində fərqli və maraqlı hadisələr baş verir.

Azedu.az həmin məlumatlardan bir neçəsini diqqətə çatdırır.

Dünya əhalisinin 12%-inin(təxminən, 775 milyon nəfərin) oxuma-yazma bacarığı yoxdur.

Statistik məlumatlara əsasən, IV sinfə qədər oxuma-yazma  bilməyən şagirdlərin çoxu gələcəkdə çox böyük pullar qazanır.Yuxarı sinifdə təhsil alaraq, dərslərini zəif mənimsəyənlərin isə 90%-i gələcəkdə milyonçu olurlar. Buna misal olaraq,Microsoft şirkətinin rəhbəriBillQeytsi göstərmək olar.

ABŞ-da 93 milyon nəfər (təxminən, hər yeddi nəfərdən ikisi) yalnız qəzet oxuyacaq qədər savada malikdirlər.Həmin şəxslər lüğətlərdə olan sözlərin 65 faizini yaza bilmirlər.Bunun ABŞ iqtisadiyyatına verdiyi zərər isə ildə 200 milyon dollardır.

Cənubi Sudan 27 faiz göstərici ilə dünyanın ən az oxuma-yazma  göstəricisinə malik ölkəsidir.6-17 yaş arası uşaqların 70%-i məktəbə addımlarını belə atmırlar.

Cahilliyiəks etdirən əsas səbəblərdən biri həyat tərzidir.Günümüzdə kitabxanaların sayı azalır və onların yerini texniki cihazlar tutur.

ABŞ-da yerləşən Yale Universiteti dünya reytinqində   təhsil sıralamasına görə 10-cu yerdə olmasına baxmayaraq,Amerika prezidentlərinin çoxu buranı bitirib.

Dünyanın ən qədim ali təhsil müəssisəsi olan Hindistan Universiteti miladdan öncə 500-cü ildə qurulub.

Hindistandakı Montessori  məktəbi dünyanın ən çox  şagirdə sahib orta təhsil müəssisəsidir.Burada 32 min şagird eyni anda dərsə daxil olur.

İtalyanın Torino  şəhəri dünyanın ən kiçik məktəbinə sahibdir. Orta təhsil müəssisəsinin bir şagirdi və bir müəllimi var.

İtaliyanın Boloniya Universiteti Avropanın ən qədim  təhsil ocağından biridir.Bura 1068-ci ildə qurulub.Papaların çoxu öz təhsilini burda başa vurub.

ABŞ-da bir çox universitetlərdə klublar fəaliyyət göstərir.Həmin klublar universitet rəhbərliyinin razılığı ilə fəaliyyət göstərirlər. Lakin, YaleUniversitetində olan “Skull and Buces” klubu 1832-ci ildən bəri gizli şəkildə öz fəaliyyətini davam etdirir.

ABŞ-da müəllimlərin 14%-i karyeralarının ilk ilində istefa verirlər. İki ilin sonunda istefa verənlərin sayı 31 %,beş ilin sonunda isə 50 %-ə çatır.

Yaponiyada isə şagirdlər siniflərini özləri təmizləyib, gətirdiyi yeməkləri isə digər şagirdlərlə bölüşürlər.

ABŞ 30 il əvvəl dünyada təhsil sahəsində lider idi.İndi isə sıralamada 30-cu pilləyə düşüb.

Dünyada çox az ölkə tələbələrə pulsuz təhsil imkanları təqdim edir.Hətta, bəzi ölkələrdə  müəllimlərin maaşı valideynlər tərəfindən qarşılanır.

Dünyada ən yüksək oxuma-yazma bacarıqlarının olduğu qitələr Avropa və Cənubi Amerikadır.Burada insanların 95-100 faizi oxuma və yazma bacarığına sahibdirlər. Şimal Koreya, Lüksemburq,Vyetnam,Norveç kimi ölkələrdə oxuma və yazmağı bilməyən bir nəfər belə yoxdur.

Ən çox ev tapşırığının verildiyi ölkə isə Çindir.Şagirdlər ortalama olaraq həftənin 14 saatını ev tapşırıqlarına ayırırlar.

Şükufə Süleymanlı