Azedu.az

Ağdamda 15 yaşlı qız qaçırıldı

Hadisə

2 Oktyabr 2026, 15:21
Ağdamda 15 yaşlı qız qaçırıldı

Ağdamda 15 yaşlı qız evlənmək məqsədilə qaçırılıb.

AzEdu.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Səfərli kəndində baş verib.

2011-ci il təvəllüdlü S.Soltanova (şərti) ailəsindən xəbərsiz yaşadığı evi tərk edib.

Onun evlənmək məqsədilə tanış olduğu şəxslə birgə getdiyi bildirilib.

Ailə üzvləri qızın qaçırılması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Faktla bağlı araşdırma aparılır. Onun yerinin müəyyən edilərək tapılması istiqamətində zəruri tədbirlər görülür.

ŞAD XƏBƏR! Maaşlar, pensiyalar artırılır! - Prezident tapşırıq verdi
Son xəbərlərDaha çox