![](https://azedu.az/uploads/news/2019/02/azedu.az_sss_949.jpg)
Dünən yeni təhsil proqramları üzrə 2019-cu ilin qəbul imtahanı modelinə uyğun respublikanın 26 şəhər və rayonunda sınaq imtahanları keçirilib.
İmtahan başa çatsa da, sosial şəbəkələrdə sualların formatı ilə bağlı narazılıqlar davam edir.
AzEdu.az imtahanda iştirak edən bir neçə abituriyentin təəssüratlarını öyrənib.
I ixtisas qrupu üzrə imtahanda iştirak edən Rəşad Qocayev AzEdu.az-a açıqlamasında sualların səviyyəsinin qane edici olmadığını bildirib:
“Baxmayaraq ki, kurikulum üzrə yeni qaydalarla ilk dəfə imtahan verəcəyik, amma sınağa düşən suallar çox çətin idi.
İlk il olduğuna görə, sualların səviyyəsi nisbətən asanlaşdırılsa və keçid balları bir qədər aşağı salınsa, yaxşı olar. Əsasən, Riyaziyyatdan çətinlik çəkdim. Kimya və Fizikadan salınan suallar da nisbətən çətin idi”.
II ixtisas qrupu üzrə imtahan verən Elmir Hüseynov (Şərti ad) da sualların çətinlik dərəcəsindən narazıdır:
“İmtahanın çətinlik səviyyəsi yüksək idi. Bu cür suallarla demək istəyirlər ki, ali məktəbə qəbul olunmayacaqsınız. Tarix fənni üzrə suallar ümumilikdə çətin idi. Coğrafiyadan isə situasiya tipli tapşırıqlara heç yaxın durmalı deyildi”.
III ixtisas qrupu üzrə imtahan verən Pərviz Babayev yaxşı oxuyan abituriyentlər üçün sualların normal səviyyədə olduğunu diqqətə çatdırıb:
“Azərbaycan dilindən suallar çətin idi. Tarix və Ədəbiyyatı isə yaxşı oxuyan şagirdlər cavablandıra bilərdilər. Ümumilikdə, sualların səviyyəsi normal idi. Deyilənə görə, qəbul imtahanına salınan suallar sınaqdakılardan asan olur. Ancaq Azərbaycan dili bir az asanlaşdırılmış formada salınsa, hər kəsin xeyirinə olar. Bir-iki sualı çıxmaq şərti ilə suallar proqrama tam uyğun idi”.
Qeyd edək ki, yazılı cavab vermək tələb olunan tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən imtahan nəticələrinin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)