Azedu.az

ADNSU UI GreenMetric 2026 reytinqində Azərbaycan üzrə birinci olub

Ali təhsil

25 Sentyabr 2026, 18:01
ADNSU UI GreenMetric 2026 reytinqində Azərbaycan üzrə birinci olub

Sentyabrın 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) təşkilatçılığı və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə “UI GreenMetric Dayanıqlı Universitetlərin Reytinqi: 2026-cı il üzrə nəticələr və mükafatlandırma  mərasimi” keçirilib. Mərasimdə “UI GreenMetric World University Rankings” üzrə 2026-cı ilin nəticələri açıqlanıb. 

AzEdu.az xəbər verir ki, 2026-cı il üzrə yeni nəticələrə əsasən, ADNSU Azərbaycan üzrə dayanıqlılıq inkişaf göstəricisinə görə 22 universitet arasında birinci sırada yer alıb. ADNSU, həmçinin regionun ən fəal universiteti elan olunub. Qeyd edək ki, ümumilikdə dünyanın 110 ölkəsindən 2016 universitet reytinqə daxil olub. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 366-cı yerlə ölkə üzrə ən yüksək nəticəni göstərib.

Bakı Dövlət Universiteti 369 cu, Azərbaycan Texniki Universiteti 436- cı, Azərbaycan Dövlət İqtisad Universiteti 445-ci, Azərbaycan Memarlıq və İnşaat Universiteti isə 449-cu yerdə qərarlaşıb. Bununla yanaşı, ADNSU Dayanıqlı Universitetlər Reytinqi Şəbəkəsində ön sırada qərarlaşıb. Bu nəticə universitetin dayanıqlılıq istiqamətində həyata keçirdiyi fəaliyyətlərin beynəlxalq səviyyədə qiymətləndirildiyini göstərir.

Rusiyadan Azərbaycana axın - 400 min nəfər ... - Nə baş verir?
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox