Azedu.az

Yeni pandemiya ola bilər - ÜST 

Maraqlı

26 Sentyabr 2026, 09:15
Yeni pandemiya ola bilər - ÜST 

Yeni tənəffüs patogenin ortaya çıxması COVID-19 pandemiyası ilə müqayisə oluna biləcək nəticələrə malik pandemiyaya səbəb ola bilər.

AzEdu.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Nyu-Yorkda BMT Baş Assambleyasının iclası çərçivəsində keçirilən mətbuat konfransında bildirib.

"Gecələr məni yuxudan oyadan narahatlıqlardan biri yeni tənəffüs patogenin ortaya çıxma ehtimalıdır. Bu isə COVID-in yaratdığı nəticələrə bənzər fəsadlara səbəb ola bilər", - o deyib.

Qebreyesus vurğulayıb ki, yeni pandemiya qaçılmazdır və bu, zaman məsələsidir: "Növbəti pandemiya "əgər" yox, "nə vaxt" məsələsidir".

ÜST rəhbəri həmçinin qeyd edib ki, Konqo Demokratik Respublikasında Ebolanın davam edən yayılması epidemiyanın istənilən yerdə və istənilən vaxt başlaya biləcəyini, həmçinin təkcə yerli icmalar üçün deyil, qonşu ölkələr və bütün dünya üçün təhlükə yarada biləcəyini xatırladır.

Rusiyadan Azərbaycana axın - 400 min nəfər ... - Nə baş verir?
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox