Azedu.az

Misirdə 5 min illik sirr açılır

Maraqlı

23 Sentyabr 2026, 08:55
Misirdə 5 min illik sirr açılır

Meretneyt Qədim Misir tarixində ilk qadın firon ola bilər. Onun hökmdar statusuna dair yeni sübutlar Praqadakı Karl Universitetinin misirşünasları və Buxarest Universitetinin rəqəmsal arxeologiya mütəxəssisləri tərəfindən aşkar edilib.

AzEdu.az bu barədə "ScienceAlert"ə istinadən xəbər verir.

Adı "Neytin sevimlisi" mənasını verən Meretneyt Birinci sülalə dövründə, təxminən 5 min il əvvəl yaşayıb və hökmdarlıq edib. İndiyədək isə ilk qadın hökmdar kimi təxminən min il sonra yaşamış Sobekneferunun adı çəkilirdi.

Tədqiqatçılar təxminən 80 il əvvəl Sakkara nekropolunda aşkar edilmiş 13 gil yığınını araşdırıblar. Onların üzərindəki hökmdar möhürlərində - serexlərdə - Meretneytin adını rəqəmsal görüntü emalı vasitəsilə oxumaq mümkün olub.

Alimlərin fikrincə, Meretneytin adının hökmdar serexində yer alması onun kişi fironlarla eyni hökmdar statusuna malik olduğunu göstərə bilər. Bununla belə, Meretneytin hakimiyyətinin xarakteri hələ də elmi müzakirə mövzusudur.

Onun adına Abidos və Sakkaradakı abidələrdə rast gəlinir. Abidosda yerləşən hökmdar məzarı isə Meretneytin yüksək statusunun əsas sübutlarından biri hesab olunur. Məzarda yüzlərlə iri şərab küpü, yaxınlıqda isə xidmətçilərin və saray əyanlarının dəfn edildiyi çoxsaylı əlavə məzar və kameralar aşkarlanıb.

Tədqiqatçılar hesab edirlər ki, yeni məlumatlar Meretneytin roluna daha ətraflı nəzər salmağa və onun hakimiyyətinin əvvəl düşünüldüyündən daha müstəqil və uzunmüddətli olduğunu ehtimal etməyə imkan verir.

Ərdoğan ABŞ-də meydan oxudu - Dözməyib zaldan qaçdılar
Son xəbərlərDaha çox