Azedu.az

Süni intellekt ilə bağlı xəbərdarlıq: Viruslar yarada bilir?

Maraqlı

23 Sentyabr 2026, 08:52
Süni intellekt ilə bağlı xəbərdarlıq: Viruslar yarada bilir?

"Anthropic", "OpenAI", "Google DeepMind" şirkətləri və Böyük Britaniyanın Süni İntellekt Təhlükəsizliyi İnstitutunun (AISI) əməkdaşları süni intellekt modellərin sürətli inkişafı səbəbindən güclü psixoloji təzyiq və stres yaşadıqlarını bildirirlər.

AzEdu.az FT-yə istinadən xəbər verir ki, AISI-nin bir neçə mütəxəssisi artıq xəstəliklə bağlı məzuniyyətə çıxıb və psixoloji yardım alır.

Nəşr qeyd edir ki, xüsusilə, kibertəhlükəsizlik və biokimya üzrə mütəxəssislər narahatlıqlarını ifadə edirlər.

AISI-nin keçmiş əməkdaşlarından biri bildirib ki, süni intellektin yeni imkanları artıq narahatlıq doğurur, çünki onun təbiətdə analoqu olmayan virusların yaradılmasına kömək etmək potensialı ola bilər.

Ərdoğan ABŞ-də meydan oxudu - Dözməyib zaldan qaçdılar
Son xəbərlərDaha çox