Sosial şəbəkələrdə tələbələrin təqaüdlərinin artırılması ilə bağlı müxtəlif məlumatlar paylaşılıb.
AzEdu.az yayılan məlumatın doğruluğunu dəqiqləşdirmək məqsədilə bir sıra ali təhsil müəssisələri arasında sorğu keçirib.
Ali təhsil müəssisələrindən sorğumuza cavab olaraq bildirilib ki, yayılan məlumatlar yanlışdır və təqaüdlərin artırılması ilə bağlı heç bir yenilik yoxdur.
Xatırladaq ki, tələbə təqaüdlərinin məbləği sonuncu dəfə Prezident İlham Əliyevin 24 iyul 2025-ci il tarixli Sərəncamı ilə artırılıb və 1 sentyabrdan etibarən tətbiq olunmağa başlayıb. Təqaüdlərin mövcud məbləğləri aşağıdakı kimidir:
doktorantura səviyyəsi üzrə:
- elmlər doktoru hazırlığı üzrə doktorantlara – 450 manat;
- fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara – 300 manat;
ali təhsil müəssisələrində:
magistratura səviyyəsi üzrə:
- akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 240 manat;
- akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 180 manat;
- akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 120 (yüz iyirmi) manat;
bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə:
- akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 200 manat;
- akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 160 manat;
- akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 110 manat;
orta ixtisas təhsili müəssisələrində:
- akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 110 manat;
- akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 90 manat;
- akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 70 manat;
peşə təhsili müəssisələrində:
- akademik göstəriciləri “5” (yüksək texniki peşə təhsili səviyyəsində 91–100 bal) olan tələbələrə – 110 manat;
- akademik göstəriciləri “4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71–100 bal) olan tələbələrə – 90 manat;
- akademik göstəriciləri “3”–“5” (yüksək texniki peşə təhsili səviyyəsində 51–100 bal) olan tələbələrə – 70 manat.