Azedu.az

BMU əməkdaşının elmi tədqiqatı Q1 kateqoriyalı jurnalda yer alıb

Ali təhsil

22 Sentyabr 2026, 16:14
BMU əməkdaşının elmi tədqiqatı Q1 kateqoriyalı jurnalda yer alıb

Bakı Mühəndislik Universitetinin (BMU) Mexanika mühəndisliyi kafedrasının dosenti, texnika üzrə fəlsəfə doktoru Yeganə Əbdüləzimovanın xarici tədqiqatçılarla birgə apardığı elmi araşdırmaların nəticələri Web of Science və Scopus beynəlxalq bazalarına daxil olan Q1 kateqoriyalı nüfuzlu “Catalysts” jurnalında nəşr olunub.

AzEdu.az xəbər verir ki, məqalə jurnalın “Environmental Catalysis” (Ətraf Mühit Katalizi) bölməsində işıq üzü görüb.

“MnOx@Na₂WO₄/SiO₂ katalizatoru səthində oksigenin spilloveri və volframın W⁶⁺/W⁴⁺ redoks çevrilməsi: atmosfer təzyiqində metanın C₂ karbohidrogenlərinə selektiv oksidləşməsinin termodinamik və kinetik əsasları” adlı elmi məqalə metanın birbaşa C2 karbohidrogenlərinə effektiv çevrilməsi üçün istifadə edilən MnOx@Na2WO4/SiO2 katalitik sistemlərinin iş prinsipinə və reaksiya mexanizminə həsr olunub.

Tədqiqat çərçivəsində Na₂WO₄-lə zənginləşdirilmiş katalizatorun səthində oksigenin kimyəvi potensialını tənzimləyən katalitik aktiv mərkəzlər araşdırılıb. Müasir fiziki-kimyəvi analiz metodlarından (XPS, EDS, EPR) istifadə edilməklə katalizatorun səthində baş verən dinamik reaksiyalar, oksigenin səth üzrə miqrasiyası (oxygen spillover) mexanizmi və redoks mübadiləsi tədqiq olunub.

Əldə olunan elmi nəticələr ekoloji cəhətdən daha təmiz kimyəvi sintez texnologiyalarının və təbii qazın səmərəli emalı üçün yeni nəsil katalizatorların işlənib hazırlanmasına töhfə verə bilər.

Məqalə ilə aşağıdakı keçidlər vasitəsilə tanış olmaq mümkündür:

Scopus:

//www.scopus.com/pages/publications/105045827466?origin=resultslist

//doi.org/10.3390/catal16070586

 

Putin üçün əsl cəhənnəm başlayır - Sərhəddə yeni müharibə
Son xəbərlərDaha çox