Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-04 15:32:00
Magistraturaya sınaq imtahanın nəticələri bu tarixdə AÇIQLANACAQ  

Magistraturaya qəbul imtahanının birinci mərhələsi üzrə sınaq imtahanının cavablarının elan olunacağı tarix bəlli olub.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər. Məlumatda qeyd olunur ki, sınaq imtahanının nəticələri 2 gün ərzində açıqlanacaq.

Qeyd edək ki, imtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanıb və 2 saat 30 dəqiqə davam edib.

Sınaq imtahanının məqsədi qapalı və açıq formalı test tapşırıqları vasitəsi ilə bakalavrların verbal və riyazi məntiqini, fəza təfəkkürünü, informatika və xarici dil üzrə bilik və bacarıqlarını, oxuyub-anlama və dinləyib-anlama vərdişlərini yoxlamaq, bununla da onların həm imtahan texnologiyalarına alışmaları, həm də imtahana hazırlıq səviyyələrini yoxlamaları üçün imkanın yaradılmasıdır.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları