Azedu.az

Azərbaycanlı tələbə ilk dəfə Mərakeşdə HTP çərçivəsində təhsil alacaq

Elm və təhsil

23 Sentyabr 2026, 10:57
Azərbaycanlı tələbə ilk dəfə Mərakeşdə HTP çərçivəsində təhsil alacaq

Azərbaycan və Mərakeş arasında elm və ali təhsil sahəsində əməkdaşlıq çərçivəsində ilk dəfə olaraq azərbaycanlı tələbə Hökumətlərarası Təqaüd Proqramı (HTP) vasitəsilə Mərakeş Krallığında təhsil almaq hüququ qazanıb.

Bu barədə AzEdu.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, bu imkan 2026-cı il fevralın 16-da Mərakeşin paytaxtı Rabat şəhərində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Mərakeş Krallığının Ali Təhsil, Elmi Tədqiqat və İnnovasiya Nazirliyi arasında imzalanmış elm və ali təhsil sahəsində əməkdaşlıq haqqında Saziş əsasında yaradılıb.

Proqram çərçivəsində seçilmiş azərbaycanlı tələbə 2026–2027-ci tədris ilindən etibarən Mərakeşin Mohammed V Universitetində "Psixologiya" ixtisası üzrə bakalavriat təhsili alacaq.

Bu, Azərbaycan və Mərakeş arasında ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi və azərbaycanlı gənclərin xaricdə təhsil imkanlarının şaxələndirilməsi istiqamətində atılan növbəti addımdır.

Ərdoğan ABŞ-də meydan oxudu - Dözməyib zaldan qaçdılar
Son xəbərlərDaha çox