Azedu.az

Qətərin təhsil şəhərciyinə 800-dən çox yeni tələbə qəbul olundu

Elm və təhsil

17 Avqust 2026, 11:12
Qətərin təhsil şəhərciyinə 800-dən çox yeni tələbə qəbul olundu

Qətərdə yeni tədris ili ərəfəsində 800-dən çox tələbə Education City-yə qəbul olunub. Tələbələrin qəbul edilməsi ilə dünyanın müxtəlif ölkələrindən universitetləri, elmi-tədqiqat mərkəzlərini və innovasiya qurumlarını bir araya gətirən bu təhsil şəhərciyində tələbə icması daha da genişlənib.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, qatar Foundation tərəfindən idarə olunan Education City klassik universitet modelindən fərqlənir. Burada müxtəlif beynəlxalq universitetlərin kampusları ilə yanaşı, tədqiqat institutları, innovasiya və sahibkarlıq imkanları da fəaliyyət göstərir.

Yeni tələbələr bakalavr və magistr proqramlarında təhsil alacaq, eyni zamanda Education City-də təqdim olunan akademik və tədqiqat imkanlarından yararlana biləcəklər. Tələbələrin yalnız auditoriya təhsili ilə kifayətlənməməsi, elmi araşdırma, texnologiya, sahibkarlıq və müxtəlif ictimai layihələrdə iştirak etməsi üçün də imkanlar yaradılır.

Education City-nin əsas xüsusiyyətlərindən biri müxtəlif ölkələrin təhsil modellərinin eyni məkanda bir araya gətirilməsidir. Bu yanaşma tələbələrə fərqli akademik mühitlərlə tanış olmaq, beynəlxalq tələbə və alimlərlə əməkdaşlıq etmək imkanı verir.

Qətərin bu modeli ali təhsilin yalnız universitet binaları ilə məhdudlaşmadığını göstərən nümunələrdən biri kimi diqqət çəkir. Burada universitet, elm, innovasiya və sahibkarlığın vahid ekosistem daxilində inkişaf etdirilməsi hədəflənir.

Yeni qəbul olunan 800-dən çox tələbə ilə Education City-nin beynəlxalq tələbə mühitinin daha da böyüməsi gözlənilir.

Ukrayna Moskvanı BOMBALADI - Şəhərdə hər yeri alov bürüdü
Son xəbərlərDaha çox