Azedu.az

Attestatlar artıq myGov-da!

Elm və təhsil

11 Avqust 2026, 13:34
Attestatlar artıq myGov-da!

2026-cı il məzunları təhsil müəssisələri tərəfindən imzalanmış elektron attestatlarını myGov (web) → “Təhsil məlumatlarım” → “Elektron təhsil sənədlərim” bölməsindən əldə edə bilərlər.

Bu barədə AzEdu.az-a MÜTDA-dan məlumat verilib. 

Elektron attestatın üzərindəki QR kodu oxudaraq və ya edu.gov.az saytının “Sənəd yoxlama” bölməsində sənədin nömrəsi və doğum tarixini daxil etməklə attestatın həqiqiliyini yoxlamaq mümkündür.

Yaxın günlərdə elektron attestatlar myGov mobil tətbiqində də əlçatan olacaq.

Xətai davası dayanmır, Elçibəyə ittihamlar - Ölkədə nə baş verir?
Son xəbərlərDaha çox