Azedu.az

Alimlər qara dəliklərlə bağlı 50 illik paradoksun həllinə yaxınlaşdı

Araşdırma

5 İyul 2026, 16:35
Alimlər qara dəliklərlə bağlı 50 illik paradoksun həllinə yaxınlaşdı

Alimlər qara dəliklərin uzun illərdir fizikanın ən böyük müəmmalarından biri hesab olunan "informasiya paradoksu" üçün mümkün həll yolu irəli sürüblər.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, yeni nəzəriyyəyə görə, qara dəliklər tamamilə yox olmur, əksinə, son anda daxilindəki bütün məlumatı saxlayan çox kiçik qalıqlar buraxır.

Araşdırmada bildirilir ki, bu yanaşmanın əsasını təşkil edən yeddiölçülü həndəsə yalnız informasiyanın necə qorunduğunu deyil, həm də elementar hissəciklərin kütləsinin mənşəyini izah etməyə kömək edə bilər.

Məsələnin əsası 1970-ci illərdə Stephen Hawking tərəfindən irəli sürülən nəzəriyyəyə dayanır. Alimin hesablamalarına görə, qara dəliklər zamanla radiasiya yayaraq enerjilərini itirir, kiçilir və sonda tamamilə yox olurlar. Lakin bu fikir kvant mexanikasının əsas prinsiplərindən biri ilə ziddiyyət təşkil edir. Belə ki, kvant nəzəriyyəsinə görə, informasiya məhv ola bilməz.

Richard Pinčák rəhbərliyi ilə aparılan və General Relativity and Gravitation jurnalında dərc olunan yeni araşdırma isə qara dəliklərin tam buxarlanmadığını, son mərhələdə informasiyanı özündə saxlayan mikroskopik qalıqlar yaratdığını irəli sürür.

Tədqiqat müəllifləri hesab edirlər ki, bu nəzəriyyə təsdiqlənərsə, həm qara dəliklərin davranışını daha yaxşı anlamağa, həm də kainatın fundamental qanunları ilə bağlı digər mühüm suallara cavab tapmağa imkan verə bilər.

Rusiyada benzinə görə QIRĞIN BAŞLADI - Qadınlardan Putinə etiraz
Son xəbərlərDaha çox