Azedu.az

Bu xəstəliyin izləri gözlərdə gizlənə bilər

Araşdırma

21 İyun 2026, 16:33
Bu xəstəliyin izləri gözlərdə gizlənə bilər

Yeni araşdırmaya görə, gözün arxa hissəsində yerləşən retina Alzheimer xəstəliyinin riskini illər əvvəl müəyyən etməyə kömək edə bilər.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, Florida Universiteti tədqiqatçıları tərəfindən aparılan araşdırmada 40 mindən çox insanın 63 minə yaxın retina görüntüsü süni intellekt vasitəsilə analiz edilib.

Nəticələr göstərib ki, gələcəkdə Alzheimer diaqnozu alan insanların gözlərində damarların daralması, damar sıxlığının azalması və görmə sinirində incəlmə kimi dəyişikliklər müşahidə olunub.

Mütəxəssislərin fikrincə, retina görüntüləri gələcəkdə Alzheimer riskini erkən mərhələdə müəyyən etmək və vaxtında tədbir görmək üçün mühüm vasitəyə çevrilə bilər.

İran Ermənistanı hücumla HƏDƏLƏDİ - Nəticəsi sizin üçün ağır olacaq!
Son xəbərlərDaha çox