Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-17 12:28:00
Səfir Macarıstanda təhsil alan azərbaycanlıların sayını AÇIQLADI

“Macarıstan universitetlərində ”Stipendium Hunqaricum” proqramı çərçivəsində, yəni macar dövlətinin hesabına 565 tələbəmiz təhsil alır”.

AzEdu.az xəbər verir ki, bunu Modern.az-a Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev deyib.

Onun sözlərinə görə, humanitar sahə üzrə təhsil alan azərbaycanlıların sayı azdır.

“Təhsil alan azərbaycanlılar arasında  88 nəfəri informasiya texnologiyaları, 246 nəfəri iqtisadiyyat, 75 nəfəri texniki ixtisasları seçib. Humanitar ixtisaslar sahəsində 6, incəsənət sahəsində cəmisi 1 tələbəmiz var”.