Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-17 14:27:00
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 20 Yanvar faciəsinə həsr olunan tədbir keçirilib

Bu gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Qanlı 20 yanvar faciəsinin 30 illiyinə həsr olunan tədbir keçirilib.

AzEdu.az xəbər verir ki, ədəbi-bədii tədbirdə Əməkdar artist, dosent Ağalar Bayramov, Əməkdar artist, dosent Azad Şükürov, Əməkdar artist Yaqut Abdullayev, ADMİU-nun tələbləri və media nümayəndələri iştirak edib. Tədbir 20 Yanvar şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükut edilməsi ilə başlayıb. Daha sonra ADMİU-nun Teatr sənəti fakültəsinin tələbləri Ələkbər Axundov, Röyal Allahverdiyev, Rəfael Quliyev, Aysel Feziyeva,Mehin Məmmədli, Saleh Cümşüdlü, Çinarə Səmədova, Elsevər Rəhimov, Esmiralda Abdullayeva, Çinarə Qurbanova və Orxan İsrafilov "20 Yanvar-qürur günümüz" adlı ədəbi-bədii kompozisiyanı təqdim ediblər. Qeyd edək ki, kompozisiyanın ssenari müəllifi və quruluşçu rejissoru əməkdar artist, dosent Mahirə Yaqubovadır.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları