Azedu.az

BMU Elmi Şurasının 2026-2027-ci tədris ili üzrə iş planı təsdiqlənib

Ali təhsil

11 İyul 2026, 13:23
BMU Elmi Şurasının 2026-2027-ci tədris ili üzrə iş planı təsdiqlənib

Bakı Mühəndislik Universitetində (BMU) Elmi Şuranın növbəti iclası keçirilib.

 

Elmi Şuranın sədri, rektor Yaqub Piriyev iclası açaraq gündəlikdə duran məsələləri iştirakçıların diqqətinə çatdırıb.

AzEdu.az xəbər verir ki, sonra tələbələrin istehsalat, pedaqoji, elmi-tədqiqat və elmi-pedaqoji təcrübələrinin nəticələrinə dair hesabat dinlənilib. Hesabat ətrafında aparılan müzakirələr zamanı Şura üzvləri tərəfindən rəy və təkliflər səsləndirilib. Müzakirələrin yekununda hesabat qənaətbəxş hesab olunub.

İclasda BMU-nun Elmi Şurasının 2026 - 2027-ci tədris ili üçün iş planı da müzakirə edilərək təsdiq edilib.

Cari məsələlərin müzakirəsi ilə davam edən iclasda universitetin tədris, elm və idarəetmə fəaliyyətinə dair bir sıra məsələlərə baxılıb, müvafiq qərarlar qəbul olunub. 

Rektor Yaqub Piriyev təcrübələrin effektiv təşkili, tədris prosesinin təkmilləşdirilməsi və elmi-tədqiqat fəaliyyətinin daha da gücləndirilməsi barədə müvafiq tapşırıqlar verib. Bildirilib ki, universitetin strateji inkişaf prioritetlərinin uğurla reallaşdırılması üçün bütün struktur bölmələri fəaliyyətlərini bundan sonra da qarşılıqlı koordinasiya və səmərəli əməkdaşlıq prinsipləri əsasında qurmalı, qəbul olunan qərarların vaxtında, keyfiyyətlə icrasını təmin etməlidirlər.

İclasda, həmçinin BMU ilə Cənubi Koreya Respublikasının İNHA Universiteti arasında həyata keçirilən ikili diplom proqramının uğurlu icrası və universitetlərarası əməkdaşlığın inkişafına verdiyi səmərəli töhfəyə görə proqramın idarə edilməsi bölməsinin rəhbəri Yang Hyunjin Fəxri fərmanla təltif olunub. Eyni zamanda yeni bölmə rəhbəri Han Sung Kangı kollektivə təqdim edən rektor Yaqub Piriyev ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Ukrayna Rusiyanın gəmilərini ard-arda VURDU - ŞOK GÖRÜNTÜLƏR
Son xəbərlərDaha çox