Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-09 15:41:57
Yeni tədris ilinə ən çox tələbə kəsiri ilə başlayan universitetlər – Təəccüblənəcəyiniz rəqəmlər  

Ali təhsil müəssisələrində yeni tədris ilinə artıq bir neçə müddətdir, start verilib.

Sessiya imtahanlarının başa çatmasına baxmayaraq ötən ildən akademik borcu yaranan və hələ də borcu ödənilməyən tələbələr kifayət qədərdir.

AzEdu.az ötənildən akademik borcu qalan tələbələrin sayını öyrənmək üçün universitetlər arasında sorğu keçirib.

Azərbaycan Dövlət İqtisad Universitetinin Mətbuat xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova AzEdu.az-a açıqlamasında bildirib ki, yay imtahan sessiyasında I-III kurslar üzrə 9203 tələbədən 9145 nəfəri iştirak edib:

“Həmin tələbələrdən 7336 nəfəri sessiyanı müvəffəqiyyətlə başa vurub. Ümumilikdə, yay imtahan sessiyasının nəticələrinə əsasən bakalavr səviyyəsi üzrə müvəffəqiyyət faizi 80% olub. Yay imtahan sessiyasında iştirak edən I-III kurslar üzrə təhsil alan tələbələrdən 1809 nəfərin və ya 20 faiz tələbənin akademik borcu qalıb.

Akademik borcu qalan tələbələr arasında 1 fəndən qeyri-müvəffəq qiymət alanların sayı 1044 nəfər olmaqla, 2 və daha çox fənn üzrə qeyri-müvəffəq qiymət alan tələbələrin ümumi sayından çox olub. Başqa sözlə, akademik borcu yaranan tələbələrin əksəriyyəti bir fənn üzrə uğursuz nəticə göstəriblər. 2018-2019-ci tədris ilinin yay imtahan sessiyasında ümumilikdə 1672 bakalavr təkrar imtahan üçün müraciət edib və onlar üçün imtahanlar təşkil olunub. Onlardan 1121 imtahanları müvəffəqiyyətlə başa vurub. 471 nəfərin akademik borcu qalıb, ümumilikdə müvəffəqiyyət faizi isə 68% olub.

 

Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova qeyd edib ki, yerli tələbələr arasında ötənildən akademik borcu qalan şəxs yoxdur:

“Ötənildən xarici tələbələr arasında 7 nəfərin akademik borcu qalıb”.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Mətbuat xidmətinin rəhbəri Nəcibə Mirzəyeva vurğulayıb ki,  ötən tədris ilindən ümumilikdə 959 tələbənin akademik borcu qalıb:

“Bütün fakültələr üzrə kəsiri olanlar var. Hazırda həmin tələbələr dərslərə yazılıblar, onlar payız semestrində imtahanlara buraxılacaqlar”.

AzEdu.az sorğunu digər ali təhsil müəssisələri ilə də davam etdirəcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları