Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-09 10:52:56
Müddətli müqavilə əsasında işləyən müəllimlər “müddətsiz”-ə necə keçə bilərlər?-Qayda  

Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin növbəti rayonlardan olan namizədlər üçün müsahibə mərhələsi bir sıra  yerlərdə başa çatıb.

Bu mərhələdə Sabirabad, Masallı, Qobustan, Göyçay, Şəki və İsmayıllı rayonları üzrə direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində müvafiq keçid balını toplamış 85 namizəd iştirak edib.

AzEdu.az növbəti günlərdə müsahibədə iştirak edəcək namizədlərə kömək məqsədilə proses zamanı əmək qanunvericiliyi ilə bağlı verilə biləcək suallara cavabı təqdim edir.

Sual:

Müddətli müqavilə əsasında işləyən müəllimlərin müddətsiz əsaslara, yaxud əksinə dəyişdirilməsi mümkündür?

Cavab:

AzEdu.az xəbər verir ki, əmək müqaviləsi müddətsiz və ya müddətli olmaqla bağlanır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə imzalanır.

Müqavilədə onun hansı müddətə bağlanması göstərilməyibsə, həmin müqavilə müddətsiz hesab edilir.

Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.

Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz hesab edilə bilər.

Qeyd edək ki, sözügedən rayonlar üzrə müsahibələr sentyabrın 21-dək davam edib. Müsahibə nəticələri və növbəti müsahibələrin keçiriləcəyi tarixlər barədə isə namizədlərə məlumat veriləcək.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları