Dövlət İmtahan Mərkəzi bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirib.
AzEdu.az xəbər verir ki, iyunun 16-dan etibarən DİM-də imtahan materiallarının emalına başlanılacaq.
İmtahan nəticələri 2 mərhələdə elan olunacaq. Yaxın 3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq.
Qeyd edək ki, yekun imtahan balı isə xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 4 həftə ərzində təqdim olunacaq.