Azedu.az

DİM sədri beynəlxalq imtahan təşkilatları ilə görüş keçirib

Dövlət İmtahan Mərkəzi

14 İyun 2026, 13:10
DİM sədri beynəlxalq imtahan təşkilatları ilə görüş keçirib

İyunun 12-də Londonda Dövlət İmtahan Mərkəzinin nümayəndə heyəti ilə beynəlxalq sertifikatlaşdırma və qiymətləndirmə təşkilatları PeopleCert, LanguageCert və City&Guilds-in nümayəndələri arasında görüş keçirilib.

AzEdu.az xəbər verir ki, görüşdə sədr M.Abbaszadə qiymətləndirmə üzrə DİM-in strateji hədəfləri barədə məlumat verib. Təqdimat zamanı dövlət qulluğu sahəsində sertifikatlaşdırma mexanizmlərinin inkişafı, səriştə əsaslı qiymətləndirmə, qiymətləndirmədə süni intellektin və qabaqcıl psixometriya alətlərinin tətbiqi ilə potensialın inkişaf etdirilməsi, dil biliklərinin qiymətləndirilməsi üzrə tədqiqatların aparılması, həmçinin rəsmi imtahan mərkəzi statusunun əldə edilməsi və fəaliyyətinin təşkili məsələləri diqqətə çatdırılıb.

PeopleCert, LanguageCert və City&Guilds nümayəndələri beynəlxalq sertifikatlaşdırma sistemləri və müxtəlif ölkələrdə həyata keçirilən tərəfdaşlıq modelləri barədə məlumat veriblər.

Görüşdə DİM-in prioritetlərinə uyğun həllər, dövlət qulluğu və peşəkar qiymətləndirmə və sertifikatlaşdırma sahəsində qabaqcıl təcrübələr, peşə təhsili və kvalifikasiyaları üzrə qiymətləndirmə modellərinin öyrənilməsi, mikro-kvalifikasiyalar və rəqəmsal bacarıq sertifikatlarının əldə olunması, həmçinin mümkün əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılaraq tərəflər arasında qarşılıqlı maraq doğuran sahələr nəzərdən keçirilib və gələcək dövrdə birgə fəaliyyət imkanları müəyyənləşdirilib.

Rus ordusu Zəngəzuru bağladı - Putin sensassion planı işə saldı
Son xəbərlərDaha çox