Azedu.az

Sabah 32 dərəcə isti olacaq

Hadisə

14 İyun 2026, 12:26
Sabah 32 dərəcə isti olacaq

İyunun 15-də gözlənilən hava şəraiti açıqlanıb.

AzEdu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində şimşək çaxacağı, səhər yağışın bir qədər intensivləşəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 18-21° isti, gündüz 26-29° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək.Nisbi rütubət 65-75 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq və dağətəyi rayonlarda isə yağışın güclənəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 18-21° isti, gündüz 28-32° isti, dağlarda gecə 9-14° isti, gündüz 18-23°, bəzi yerlərdə 25-28° isti olacaq.

Rus ordusu Zəngəzuru bağladı - Putin sensassion planı işə saldı
Son xəbərlərDaha çox