XƏBƏRLƏR

07.10.2019 15:26
Buraxılış imtahanından “2” alanların faiz göstəriciləri – Fənlər üzrə  

2018-ci ildə XI sinif şagirdləri üçün keçirilən buraxılış imtahanlarında Azərbaycan dili, xarici dil və kimya fənlərindən “3” qiymət alanlar, riyaziyyat və rus dili fənlərindən "4" qiymət alanlardan daha çoxdur.

AzEdu.az xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 12-ci sayında bildirilib.

Jurnalda qeyd olunur ki, ən pis göstəricilər xarici dil və kimya fənni üzrə, ən yaxşı göstəricilər isə rus dili fənni üzrə olub.

"2" qiymət alanların nisbi sayı Azərbaycan dili fənni üzrə 15.70%-ə, riyaziyyat fənni üzrə 19.45%-ə, rus dili fənni üzrə 6.46%-ə, xarici dil və kimya fənni üzrə 22.06%-ə, “4” və “5” qiymət alan şagirdlərin nisbi sayı Azərbaycan dili fənni üzrə 49.93%-ə, riyaziyyat fənni üzrə 53.15%-ə, rus dili fənni üzrə 58.97%-ə, xarici dil/kimya fənni üzrə 41.97%-ə bərabərdir.

Nəzrin Rüstəmova Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu