Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-11 13:15:00
Paytaxt məktəblisi Avropa çempionatından qalibiyyətlə qayıdıb  

Paytaxt məktəblisi Avropa çempionatından qalibiyyətlə qayıdıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 183 nömrəli tam orta məktəbin X sinif şagirdi Əkbər Əsədov kikboksinq idman növü üzrə Macarıstanda keçirilən Avropa çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq I yerə layiq görülüb.

BŞTİ-dən AzEdu.az-a bildirilib ki, gənclər və yeniyetmələr arasında kikboksinqin “WAKO” versiyası üzrə keçirilən Avropa çempionatında Əkbər Əsədov 48 kiloqram çəki dərəcəsində mübarizə aparıb. Yarımfinal və final yarışlarında azərbaycanlı idmançı rəqibinə nokautla qalib gələrək Avropa çempionu adını qazanıb. Qalib məktəbli qızıl medalla təltif olunub. İdmançının müəllimi Əməkdar məşqçi Hakim Hacıyevdir.

Qeyd edək ki, çempionatda 39 ölkədən 1991 idmançı mübarizə aparıb.