Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-08 14:50:24
Bu müəllimlər mükafata layiq görüldü - SİYAHI

Bu gün keçirilən İbtidai Sinif Müəllimlərinin 2-ci Təhsil Forumunda 16 müəllim mükafatlandırılıb. Onlardan 3-ü Nəsib bəy Yusifbəyli adına, digər 13 nəfər isə Çinar Uğur mükafatlarına layiq görülüblər.

AzEdu.az mükafat alan müəllimlərin siyahısını təqdim edir.

Nəsib bəy Yusifbəyli mükafatı:

İsmayıllı rayon İstisu kənd tam orta məktəbin ibtidai sinif müəllimi Şahid Muradlı;

Uşaq yazıçısı Sevinc Nuruqızı;

Nəsimi rayonu 23 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Solmaz Abdullayeva.

Çinar Uğur mükafatı:

287 nömrəli Zəkalar liseyinin ibtidai sinif müəllimi Aygün Əsgərova;

Bakı şəhər Elitar Gimnaziyanın ibtidai sinif müəllimi  Flora Qarayeva;

313 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Sevda Ağayeva;

314 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Vüsalə Həsənova;

Şuşa şəhər 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi  Sevda Şirinova;

Bakı şəhər Tərəqqi Texniki Humanitar liseyin ibtidai sinif müəllimi  Türbənd Məmmədova;

248 saylı tam orta məktəbin ibtidai sinif müəllimi  İlahə Hüseynova;

322 saylı tam orta məktəbin müəllimi Aynur Nəzərova;

Bakı şəhər Elitar Gimnaziyanın ibtidai sinif müəllimi Oksana Əliyeva;

246 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Firuzə Hafizova;

Sumqayıt şəhər 1 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Şahzadə Mirzəyeva;

83 nömrəli tam orta məktəbin müəllimi Həyat Miriyeva;

254 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Gülçin Qeybəliyeva.