Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-31 17:14:00
ABŞ-da məktəblər arası futbol qarşılaşmasında silahlı hücum baş verdi 

ABŞ-da "Leflore" və "Villiamson" adlı liseylər arasında baş tutan Amerika futbol qarşılaşmasında silahlı hücum baş verib. Hücum nəticəsində ən azı 10 nəfərin yaralandığı və 2 nəfərin nəzarətə alındığı açıqlanıb.

AzEdu.az xəbər verir ki, ABŞ-da baş verən silahlı hücum Alabama ştatında yer alan Mobile şəhərindəki iki liseynin futbol matçı qarşılaşmasından sonrası baş verib.

Yerli media Ladd-Peebles stadionunda meydana gələn hücumda yaralananların 15-18 yaş arasında olduğunu açıqlayıb.( Moderator)