XƏBƏRLƏR

19.06.2019 15:32
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat başlayır-SABAHDAN  

Sabah xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat başlayacaq.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, V qrup üzrə qeydiyyat bədən tərbiyəsi istiqamətinin 60, 61, 62-ci komissiyaları və 14-cü komissiya-dizayn ixtisası üzrə  20-28 iyun, V qrup digər komissiyalar üzrə 20 iyun - 3 iyul tarixlərində aparılacaq.

Azərbaycan İlahiyyat İnstitutuna (İslamşünaslıq) qəbul olmaq istəyənlərin qeydiyyatı 20 - 24 iyul tarixlərində həyata keçiriləcək.

Xatırladaq ki, jurnalistika ixtisasını seçən abituriyentlərin qeydiyyatı 22 iyuldan 25 iyula qədər davam edəcək.

Nəzrin Rüstəmova Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu