Ağdaşda uşaq bağçasının yerləşdiyi binada yanğın baş verib.
AzEdu.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən (FHN) APA-ya verdiyi məlumata görə, Ağdaş rayonunda ümumi sahəsi 1680 m² olan uşaq bağçasının yerləşdiyi ikimərtəbəli binanın birinci mərtəbəsində, şaxtada 1 ədəd elektrik lövhəsi və 1,5 p.m elektrik kabeli yanıb.
Bina yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.