Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-29 11:58:00
Amerika tələbələrinin təhsil borcları rekord hədd çatdı

2018-ci ilin sonlarına doğru ABŞ-da ödənilməmiş  ali təhsil kreditlərinin həcmi  1 trilyon 465 milyard dollara çatıb.

AzEdu.az xəbər verir ki, bu haqda məlumatı  Nyu-Yorkun Federal Ehtiyat Bankının məlumatlarına, həmçinin son aylar ərzində apardığı  müstəqil qiymətləndirilmələrə istinadən  “Bloomberg”  agentliyi yayıb. Qeyd olunur ki, Amerika tələbələrinin təhsil borcları 2009-cu illə müqayisədə (675 milyard dollar) 2 dəfədən çox  artıb. 

Ekspertlər qeyd edirlər ki, bu göstəricinin artması ölkə iqtisadiyyatı üçün maliyyə risklərini artırır.  Vəziyyəti “Bloomberg”  agentliyinə şərh edən Beynəlxalq Maliyyə  İnstitutunun iqtisadçısı Pol Della Quardiyanın sözlərinə görə, iqtisadi enmə və adıçəkilən kreditlər üzrə öhdəliklərin yerinə yetirilməməsi sayəsində əsas ağırlıq Amerika büdcəsinin üzərinə düşəcək.

“Ali təhsil kreditlərinin 90%-dən çoxuna  ABŞ Təhsil Nazirliyi tərəfindən zəmanət verilmişdir. Bu o deməkdir ki, əgər Amerika iqtisadiyyatında çökmə gənclər arasında işsizliyə və kreditlər üzrə kütləvi defolta yol açarsa, bu öhdəliklər ABŞ-ın federal büdcəsi üçün kifayət qədər ağır olacaq”.

Son il ərzində həmçinin ali təhsildə kreditlər üzrə borc öhdəlikləri olanların sayında artım qeydə alınıb.  ABŞ Təhsil Nazirliyinin məlumatına görə, 2017-ci ildə ABŞ-da   2,5 milyon vətəndaşın 100 min dollar həcmində təhsil kreditləri üzrə borc öhdəlikləri yaranıb.  2018-ci ildə isə  bu göstərici 2,7 milyon insana çatıb.