Azedu.az

Rektorlardan Anım günü paylaşımları 

AzEdu Təhsil Platforması

27 Sentyabr 2026, 12:07
Rektorlardan Anım günü paylaşımları 

Bu gün Şanlı Zəfərimizə gedən yolun başlanğıcı – Vətən uğrunda canından keçən igid oğullarımızın Anım Günüdür.

Bu gün münasibəti ilə rektorlarda öz "feysbuk" hesablarında paylaşım edib. 

AzEdu.az rektorların paylaşımlarını təqdim edir:

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov:

"Bu gün - 27 sentyabr - Anım Günüdür! Vətən uğrunda canından keçən Şəhidlərimizı dərin ehtiram və sonsuz minnətdarlıqla anır, hər birinin ruhu qarşısında baş əyirəm...
Allah bütün Şəhidlərə rəhmət eləsin..."

190220

Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli:

"27 Sentyabr – Anım Günü

Bu gün Vətən uğrunda həyatını fəda edən şəhidlərimizin xatirəsini dərin hüzn və sonsuz ehtiramla yad edirik.

Bu tarix xalqımız üçün həm ağır itkilərin hüznünü, həm də Qarabağ zəfərinin qürurunu özündə yaşadır. Şəhidlərimizin fədakarlığı bizə yalnız tarixi bir qələbə deyil, həm də gələcək qarşısında böyük bir məsuliyyət əmanət edib.

Bu məsuliyyət Vətənə sədaqətdə, milli dəyərlərimizə bağlılıqda və zəfərin mənasını gələcək nəsillərə doğru şəkildə çatdırmaqda ifadə olunur.

Şəhidlərimizi unutmayacağıq, onların müqəddəs əmanətini yaşadacağıq".

190224

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminov:

"27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən bütün Şəhidlərimizi dərin ehtiramla yad edirik.

Əziz xatirələri daim qəlbimizdə yaşayacaq".

190221

Qarabağ Universitetinin rektoru Şahin Bayramov:

"27 sentyabr Anım Günüdür!

Şəhidlərimizin əziz xatirəsini dərin hörmət və böyük ehtiramla anırıq!"

190222

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev:

"Vətən uğrunda canından keçən şəhidlərimizi dərin ehtiram və sonsuz minnətdarlıqla anırıq. Onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin".

190223

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev:

190222

 

 

Şəhidlərimizi qürur, hörmət və kədərlə anırıq!

Qarabağ Azərbaycandır!

 

Rusiyadan Azərbaycana axın - 400 min nəfər ... - Nə baş verir?
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox