Azedu.az

Şuşada Anım Günü qeyd edilib 

AzEdu Təhsil Platforması

27 Sentyabr 2026, 14:08
Şuşada Anım Günü qeyd edilib 

Bu gün ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Şuşa şəhərində Anım Günü qeyd edilib.

AzEdu.az xəbər verir ki, tədbirdə Xüsusi Nümayəndəliyin və Qoruq İdarəsinin rəhbərliyi və əməkdaşları, hüquq-mühafizə orqanlarının, eyni zamanda, Şuşa şəhərində fəaliyyət göstərən idarə, müəssisələrin rəhbərləri, şəhid ailələri, qazilər, müharibə veteranları və şəhər sakinləri Mərkəzi meydanda və Şuşa Şəhidlər Xiyabanında torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş vətən övladlarının əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Rusiyadan Azərbaycana axın - 400 min nəfər ... - Nə baş verir?
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox