Azedu.az

Bakı məktəblisi beynəlxalq turnirdə birinci yerə layiq görülüb

Orta təhsil

29 Mart 2018, 09:48
Bakı məktəblisi beynəlxalq turnirdə birinci yerə layiq görülüb

Paytaxt məktəblisi Gürcüstanda cüdo idman növü üzrə keçirilən beynəlxalq turnirdə birinci yerə layiq görülüb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzEDU-ya bildiriblər ki, 238 nömrəli tam orta məktəbin altıncı sinif şagirdi Məhəmməd Məmişov 30 kiloqram çəki dərəcəsində bütün rəqibləri üzərində qələbə qazanıb.

O, medal, kubok və sertifikatla təltif olunub.

M.Məmişov 2010-cu ildən cüdo idman növü ilə məşğuldur. Bu müddətdə gənc idmançı həm ölkə, həm də beynəlxalq səviyyəli yarışlarda yüksək nailiyyətlər əldə edib.

Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir
Son xəbərlərDaha çox