![](https://azedu.az/uploads/news/2018/03/64c2f732c108a93adb33d114c2ab7a98.jpg)
“Hər şey üçün müəllimmi günahkardır?” Əgər sən ömür böyu əlinə bir kitab götürüb oxumamısansa, hələ özünün oxumamağın bir yana, oxuyana da qulp qoyursansa, yazıq müəllim neyləsin?!”
AzEDU xəbər verir ki, bu sözləri tanınmış yazıçı, filosof Firuz Mustafa deyib.
Qeyd edək ki, filosof “feysbuk” hesabında paylaşdığı statusda hər şey üçün müəllimin günahlandırıldığını bildirib. O, cəmiyyətdə müəllimə qarşı formalaşmış münasibətə diqqət çəkib:
“Bir az mübahisəli mövzu olsa da, deyəcəyəm: bir də görürsən ki, birisi hansısa xoşagəlməz iş tutur. Və özü də etiraf edir ki, savadı azdır, yaxşı təhsil almayıb və sair. Bu dəm hamı başlayır, həmin adamın müəllimini, məktəbini, hətta əlaqədar nazirlikləri tənqid etməyə. Beləliklə, o axmaq iş tutan adam qalır bir kənarda.
Bəli, mən də belə hesab edirəm ki, hər bir kəsin formalaşmasında təhsilin rolu böyükdür. Amma hər şey üçün müəllimmi günahkardır? Əgər sən ömür böyu əlinə bir kitab götürüb oxumamısansa, hələ özünün oxumamağın bir yana, oxuyana da qulp qoyursansa, yazıq müəllim neyləsin?”
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)