Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-18 12:52:45
Gəncədə ikiaylıq körpə xəstəxanada ölüb

Gəncədə ikiaylıq körpə xəstəxanada ölüb.

 

AzEdu.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

 

Qeyd edilib ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 16.07.2024-cü il tarixdə saat 11:10 radələrində 21.05.2024-cü il təvəllüdlü körpə (qadın cinsli) yerləşdirilib.

 

"Həkimlərin səyinə baxmayaraq, həmin gün saat 19:14-də körpənin dəqiqləşdirilməmiş ağciyər-ürək çatışmazlığı diaqnozu ilə ölümü qeydə alınıb", - məlumatda vurğulanıb.