Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-21 14:19:21
Magistraturaya qəbul olunanların qeydiyyatı BAŞLADI

2023/2024-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmuş şəxslərin qeydiyyatı başlayıb.

AzEdu.az xəbər verir ki, magistraturaya qəbul olunmuş bakalavrlar 21 iyul saat 11:00-dən  31 iyul saat 18:00‑dək elektron qaydada qeydiyyatdan keçməlidirlər.

Bunun üçün, https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətini seçmək lazımdır.

Dövlət İmtahan Mərkəzi bəyan edib ki, qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.

Boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı DİM tərəfindən elan olunacaq.

Bu il 13286 bakalavr ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub. Qəbul olunanlardan 5981 nəfər dövlət sifarişi, 7305 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. Onlardan 9745 nəfər ali təhsil müəssisələrinin cari, 3541 nəfər isə əvvəlki illərin məzunudur.