Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-08 12:01:13
Rəssamlıq Akademiyası qəbul elan etdi

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası (ADRA) təkrar ali təhsil almaq üçün qəbul elan edir.

AzEdu.az xəbər verir ki, bu barədə ADRA-dan bildirilib.

Məlumata görə, Rəssamlıq Akademiyası 2023-2024-cü tədris ilində rəngkarlıq, qrafika, heykəltəraşlıq, dizayn (sənaye dizaynı, qrafik dizayn, interyer və geyim üzrə dizayner), memarlıq, dekorativ tətbiqi sənət (bədii xalça, keramika, şüşə və metal), sənətşünaslıq (təsviri incəsənət tarixi və nəzəriyyəsi, incəsənət əsərlərinin bərpası və ekspertizası) ixtisasları üzrə əyani formatda tədrisə tam və ya qismən cəlb olunmaqla təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edir. Sənədlərin qəbulu Elm və Təhsil Nazirliyinin portal.edu.az saytı vasitəsilə avqustun 31-dək həyata keçiriləcək.
Təhsil ixtisasların spesifikliyi nəzərə alınaraq əyani formatda aparılır. Ətraflı məlumatla ADRA-nın səhifəsində tanış olmaq mümkündür.