Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-05 16:34:04
Azərbaycanlı tələbə ABŞ-da oxuyacaq - İldə 55 min dollar təqaüd alacaq

Bakı Mühəndislik Universitetinin Fizika müəllimliyi (tədris ingilis dili) ixtisasının son kurs tələbəsi Arzu Alxanova ABŞ-ın Şimali Karolina Dövlət Universitetinin (Fizika ixtisası) doktorantura pilləsinə birbaşa qəbul olunub.


Azedu.az xəbər verir ki, bu barədə Bakı Mühəndislik Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib.

Onun sözlərinə görə, tələbə üçün adıçəkilən universitetdən ayrılan illik təqaüd 55 min ABŞ dolları təşkil edir.

Arzu Alxanovanın 2022/2023-cü tədris ilində ümumi orta müvəffəqiyyət göstəricisi 99,1 bal olub.