Azedu.az

DİM-də işçi qruplarının iclasları keçirilib

Dövlət İmtahan Mərkəzi

17 Mart 2023, 16:29
DİM-də işçi qruplarının iclasları keçirilib

Gündəlik məsələlər coğrafiya fənni üzrə 19 fevral 2023-сü il tarixində keçirilmiş sınaq imtahanında istifadə edilmiş tapşırıqların, riyaziyyat fənni üzrə isə 21 iyul 2022-сi il tarixində keçirilmiş qəbul imtahanında istifadə edilmiş tapşırıqların müzakirəsi olub.

 

AzEdu.az xəbər verir ki, tapşırıqlar çətinlik dərəcəsi, qabiliyyət göstəricisi və mövzulara uyğunluq baxımından müzakirə edilib.

 

Müzakirələr nəticəsində tapşırıqların qəbul proqramına, müvafiq fənn kurikulumlarının təlim nəticələrinə uyğunluğu öz təsdiqini tapıb.Tapşırıqlarda elmi-metodik səhvlər yoxdur.

 

İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələlərlə bağlı fikir bildirilib və təkliflər verilib.

 

31 mart 2023-cü il tarixində müzakirələr davam etdiriləcək.

İran Azərbaycanı uşaqlarla hədələdi: Qadınlara da silah paylandı
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox