Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-17 12:36:00
“Abituriyentlərə ixtisas seçən ekspertlər peyda olub” - DİM sədri

“Abituriyentlər ixtisas seçimində kiminsə təsirinə düşməməlidir”.

 

AzEdu.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib:

 

“İxtisas seçimimiz demokratikdir. 4-cü qrupa imtahan verən şəxslər bilməlidir ki, orada həkim ixtisasının keçid balları 500 civarıdır.  300-400 bal yığanlar isə digər ixtisasları seçir. Kim hansı ixtisası əldə etmək istəyirsə, ya həmin ilin keçid balları ilə razılaşmalı, ya da bir il də hazırlaşıb yenidən imtahan verməlidir. 15 ixtisası seçəndə doğrudanmı, abituriyent öz istəyinə uyğun seçir? Müəyyən ekspertlər peyda olub ki, onlar abituriyentlər üçün ixtisas seçir ki, sırf harasa qəbul olunsun. Bu mövzuda bizim heç bir günahımız yoxdur.

 

Çünki onlar sadəcə rayondan çıxım, Bakıda ali məktəbə qəbul olunum, məqsədi ilə ixtisas seçirlər. Abituriyentlər düşünməlidir ki, doğrudanmı o ixtisası istəyir  Burada valideynin rolu böyükdür. Bəzi abituriyentlər isə müəllimlərin təsirinə düşüb seçim edirlər”.