Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-16 16:34:00
DİM TKT imtahanına qeydiyyat elan edir

Dövlət İmtahan Mərkəzi TKT (Teaching Knowledge Test) imtahanına qeydiyyat elan edir.

 

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.

 

Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzi olan Dövlət İmtahan Mərkəzi ingilis dili müəllimləri üçün bilik və bacarıqları beynəlxalq səviyyədə təsdiq edən TKT (Teaching Knowledge Test) kvalifikasiyasının aşağıdakı modulları üzrə imtahan təşkil edir:

 

  • TKT Modul 1

  • TKT Modul 2

  • TKT Modul 3

  • TKT Modul (Young Learners – azyaşlı öyrənənlərə dilin tədrisi)

  • TKT Modul (Content and Language Integrated Learning – dilin məzmunla inteqrativ tədrisi) 

 

İmtahan 24 iyun 2023-cü il tarixində DİM-in Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasında keçiriləcək. Son qeydiyyat tarixi 8 may 2023-cü ildir.

Qeyd edək ki, DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri olaraq Kembric İngilis dili üzrə Qiymətləndirmə (Cambridge English Qualifications), Kembric İngilis dili üzrə Tədris (Cambridge English Teaching) imtahanlarını təklif edir. Dövlət İmtahan Mərkəzi tələb əsasında Kembric İngilis dili üzrə Səviyyə Testi (Cambridge English Placement Test - CEPT) də təşkil edir. 

Qeydiyyat üçün linkə daxil ola bilərsiniz.

Əlavə məlumat üçün [email protected]  elektron poçtuna suallarınızı ünvanlaya bilərsiniz.