Azedu.az

Dövlət qulluğuna imtahanına qeydiyyat davam edir

Dövlət İmtahan Mərkəzi

22 İyun 2026, 14:16
Dövlət qulluğuna imtahanına qeydiyyat davam edir

Məlum olduğu kimi, dövlət qulluğuna qəbul imtahanlarında iştirak etmək istəyən namizədlərin çoxsaylı müraciətləri nəzərə alınaraq Dövlət İmtahan Mərkəzi tərəfindən 5 iyul 2026-cı il tarixində dövlət qulluğu vəzifələrinin A növünə aid AC qrupuna və dövlət qulluğu vəzifələrinin B növünə aid  BA və BB qruplarına uyğun vəzifələr üzrə əlavə test imtahanının keçirilməsi qərara alınıb.

AzEdu.az xəbər verir ki, əlavə imtahanın keçirilməsində əsas məqsəd yer məhdudiyyəti səbəbilə 16 iyulda təşkil olunacaq imtahana yazıla bilməyən namizədlərə şərait yaratmaq idi. Ona görə də qeydiyyatın ilk günlərində 16 iyul imtahanına yazılan namizədlərin 5 iyulda imtahanda iştirakına məhdudiyyət qoyulmuşdu.

Hazırda 5 iyulda keçiriləcək imtahan üçün boş yerlərin qaldığı nəzərə alınaraq qeyd olunan məhdudiyyət aradan götürülüb. Yəni dövlət qulluğuna qəbul imtahanında iştirak etmək istəyən hər kəs qeydiyyatdan keçib 5 iyuldakı imtahana yazıla bilər.

İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı 2026-cı il 26 iyun saat 18:00-davam edəcək.

İmtahan elektron formada kompüterlər vasitəsilə Bakı şəhərində təşkil olunacaq.

Qeyd:16 iyulda elan edilmiş imtahanın son qeydiyyat tarixi də dəyişilərək 9 iyul saat 18:00-dək uzadılıb. 

TƏCİLİ! Rusiyaya DƏHŞƏTLİ HÜCUM - Şəhərlər raketlərlə bombalanır
Son xəbərlərDaha çox