Azedu.az

12 mindən çox bakalavr: qız və oğlanların sayı açıqlanıb

Dövlət İmtahan Mərkəzi

20 İyun 2026, 14:12
12 mindən çox bakalavr: qız və oğlanların sayı açıqlanıb

Magistratura üzrə ixtisaslaşma seçimində iştirak edən bakalavrların seçim strukturu və qəbul nəticələri açıqlanıb.

AzEdu.az-ın 2025-ci ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialları “Abituriyent” jurnalının 12-ci nömrəli nəşrinə istinadla verdiyi məlumata görə,  məlumata görə, 3 172 bakalavr ərizəsində yalnız dövlət sifarişi əsasında ayrılan yerləri seçib, 4 057 nəfər isə yalnız ödənişli ixtisaslaşmalara üstünlük verib.

Onlardan 50 nəfər yalnız özəl ali təhsil müəssisələrinin ixtisaslaşmalarını qeyd edib. Eyni zamanda 8 383 bakalavr ərizəsində həm dövlət sifarişi, həm də ödənişli plan yerlərini seçib.İxtisaslaşma seçimində iştirak edənlərin Azərbaycan bölməsi üzrə 82,86 faizi, rus bölməsi üzrə isə 85,35 faizi qəbul olunub. Ümumilikdə qəbul planı 76,98 faiz dolub.

Qəbul olunanların 49,85 faizi (6 466 nəfər) oğlan, 50,15 faizi (6 504 nəfər) qızlardır. Magistr adını qazananların 73,07 faizi (9 477 nəfər) cari ilin məzunlarıdır.Dövlət sifarişi üzrə qəbul olunan 6 590 nəfərin 56,01 faizi oğlan, 43,99 faizi qızlardan ibarətdir. Onların 83,41 faizi cari ilin məzunlarıdır.

Məlumata əsasən, qəbul olunanların dövlət hesabına və ödənişli əsaslarla bölgüsü müvafiq cədvəllərdə əks olunub. Cədvəl göstəricilərinə görə, qəbul planı dövlət ali təhsil müəssisələri üzrə 80,70 faiz, özəl ali təhsil müəssisələri üzrə isə 51,84 faiz dolub.

İran Ermənistanı hücumla HƏDƏLƏDİ - Nəticəsi sizin üçün ağır olacaq!
Son xəbərlərDaha çox