Azedu.az

DİM-də təlim keçirilib

Dövlət İmtahan Mərkəzi

23 İyun 2026, 11:45
DİM-də təlim keçirilib

22 iyun 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzinin Vəzifələrin idarəedilməsi və ehtiyat kadrlarla iş sektorunun məsləhətçisi Fərid Abuşzadə tərəfindən “Dövlət qulluğunda vəzifələrin və ehtiyat kadrların idarə edilməsi” mövzusunda təlim keçirilib. Təlimdə Nəsimi Rayon İcra Hakimiyyətinin əməkdaşları iştirak edib.

AzEdu.az xəbər verir ki, təlim zamanı iştirakçılara inzibati vəzifələrin müsabiqə, ümumi və daxili müsahibə əsasında tutulması, namizədlərə dair tələblər, müvafiq vəzifələr üzrə qulluq funksiyalarının, vəzifənin tutulma şərtlərinin müəyyən edilməsi, müxtəlif dövrlər üzrə təsdiq edilmiş ali təhsil üzrə ixtisasların uyğunlaşdırılması cədvəli nəzərə alınmaqla təhsilə dair tələbin müəyyən edilməsi, müsahibə proqramlarının hazırlanması ilə bağlı tələblər, habelə “Dövlət qulluğu-Vəzifələrin İdarə edilməsi Sistemi”ndən istifadə və müvafiq sahəyə dair digər məsələlər barədə məlumat verilib.

Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.

Putinin başına od ələnir - Ruslar işıqsız qaldı - Gündəm Masada
Son xəbərlərDaha çox