Azedu.az

Notariat üzrə test imtahanı olacaq

Dövlət İmtahan Mərkəzi

1 İyul 2026, 10:33
Notariat üzrə test imtahanı olacaq

Dövlət İmtahan Mərkəzi 3 iyul 2026-cı il tarixində notariat fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.

DİM-dən AzEdu.az-a bildirilib ki, imtahan Bakı şəhərində DİM-in elektron imtahanlar korpusunda (Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) kompüterlər vasitəsilə keçiriləcək. İmtahana qeydiyyat iyunun 22-dən  30-dək aparılıb və bu müddət ərzində 30 namizəd qeydiyyatdan keçib. 

İmtahan saat 11:00-da başlanır. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. Buraxılış vərəqəsində imtahan yeri, imtahana gəlməli olan vaxt və digər zəruri məlumatlar göstərilib.

Namizədlər imtahana gələrkən aşağıdakı sənədləri gətirməlidirlər:

-  şəxsiyyəti təsdiq edən sənədin əsli;

- “İmtahana buraxılış vərəqəsi".

Putin bu tarixdə hakimiyyətdən gedəcək - Rusiya üçün DƏHŞƏTLİ PROQNOZ
Son xəbərlərDaha çox