Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-16 11:09:04
DİM bu abituriyentlərə “yox!” dedi: “Təkrar imtahana buraxılmayacaqlar”

Martın 5-də və 12-də keçirilmiş buraxılış imtahanlarında iştirak edən bəzi abituriyentlər aprelin 2-də təşkil olunacaq təkrar imtahanlarda yenidən iştirak etmək istəyirlər.

AzEdu.az-ın məlumatına görə, bununla bağlı Dövlət İmtahan Mərkəzinə (DİM) xeyli müraciət edənlər var. Müraciət edənlərin bir qismi martın 5-də və 12-dəki buraxılış imtahanlarında səhv etdiyini düşünən abituriyentlərdir.

Dövlət İmtahan Mərkəzi isə həmin abutiriyentlərə təkrar imtahanda iştirakla bağlı “yox!” deyib.

“Əgər şagird 5 və 12 mart tarixli buraxılış imtahanlarında iştirak edibsə, 2 aprel tarixində keçiriləcək imtahanda iştirak edə bilməz. Yalnız üzrlü səbəbdən 5 və 12 mart tarixli buraxılış imtahanlarında iştirak etməyən şagirdlər 2 aprel imtahanlarına buraxılacaq.

Xatırladaq ki, DİM aprelin 2-də aşağıdakı istiqamətlər üzrə imtahan keçirəcək:

- Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;

-  Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı (11 illik);

- Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı (11 illik);

- Mart ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində DİM-ə müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı;

- Eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı.