Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-11 15:59:00
Məktəblərdə fövqəladə hallar zamanı necə davranmalı?...

Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

 

AzEdu.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Xəzər rayonu 181 saylı tam orta məktəbində, Sumqayıt Regional Mərkəzi tərəfindən “Səhliyalı” müəssiəsində, Cənub Regional Mərkəzi tərəfindən Astara şəhər Z.Bünyadov adına 2 nömrəli tam orta məktəbində, Şimal-qərb Regional Mərkəzi tərəfindən Qəbələ rayonu Savalan kənd ümumi orta və Kürd kənd tam orta məktəblərində, Şimal Regional Mərkəzi tərəfindən Xaçmaz rayonu Ləcət kənd tam orta məktəbində, Qarabağ Regional Mərkəzi tərəfindən Ağcabədi rayonu Şənlik kənd tam orta məktəbində və Aran Regional Mərkəzi tərəfindən Naftalan şəhər Telekommunikasiya Qovşağının kollektivi üçün maarifləndirmə tədbirləri keçirilib.

 

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

 

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

 

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.