Azedu.az

İsveçrədə təqaüd proqramına müraciətlər qəbul edilir

13 Noyabr 2022, 10:43
İsveçrədə təqaüd proqramına müraciətlər qəbul edilir

İsveçrənin Cenevrə Universiteti BMT-nin Cenevrə ofisi ilə tərəfdaşlıq çərçivəsində 2023-2024-cü tədris ili üzrə magistratura səviyyəsinə Avropa və beynəlxalq idarəçilik (MEIG) proqramı üçün təqaüd proqramı elan edir.

 

AzEdu.az xəbər verir ki, tam təqaüd proqramı təhsil haqqı və yaşayış xərclərini əhatə edir. Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları 15 noyabr 2022-ci il tarixinədək tələb olunan bütün sənədlərlə birgə MEIG proqramının rəsmi internet səhifəsi vasitəsilə onlayn müraciət etməlidirlər.

 

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox